Azərbaycan futbolu uddu
Bizi izləyin

İdman

Azərbaycan futbolu uddu

Həqiqətən nəticə, qələbə öz yerində, düşünürəm ki, bu gün Azərbaycan futbolu uddu. Son vaxtlar derbidə bu qədər azarkeş olmamışdı. Buna görə azarkeşlərə təşəkkür edirəm.

Sportnet.az-ın yaydığı xəbərə görə, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun finalında "Neftçi" ilə oyundan (1:0) sonra "CBC Sport"a açıqlamasında bildirib.

O, futbolçularının qarşılaşma ərzində çox əziyyət çəkdiyini bildirib:

"Mən matçdan öncə də demişdim ki, ən ağır oyunumuz olacaq. Futbolçularımız çox əziyyət çəkdilər. "Neftçi" də qələbəyə layiq idi, biz də. Rəqibin gənc futbolçularının böyük perspektivləri var.

Deməzdim ki, məğlubiyyətləri müdafiə qapanmaları ilə bağlı idi. Oyun sistemini düzgün seçmişdilər. Sadəcə, bu kuboku qazanmaq bizim qismətimizdəymiş. "Neftçi"yə uğurlar arzulayıram. Öz futbolçularımızı, rəhbərliyimizi təbrik edirəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm