90 kq arıqlayıb incə qız oldu - FOTOLAR
Bizi izləyin

Bilgi.az

90 kq arıqlayıb incə qız oldu - FOTOLAR

25 yaşlı Simona Anderson adlı qadın 90 kq arıqlamağa müvəffəq olub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Yeni Zelandiyada yaşayan qadın bir il ərzində 90 kq arıqlayıb. Simona Anderson əvvəlcə mədə kiçiltmə əməliyyatı etdirib. Sonra isə idmanla ciddi şəkildə məşğul olmağa başlayıb. Lakin arıqladıqdan sonra dəri sallanma problemi ilə üzləşib. Bu problemi həll etmək və sallanmış dərisini bərpa etmək üçün estetik cərraha müraciət edib. Gənc qadın indi tamamilə başqa biri olub. O, arıqlamaq istəyənlərə həm sosial şəbəkələr, həm də bloqu vasitəsi ilə məsləhətlər verir.

Simona Anderson arıqlamaq qərarını hər hansı bir məcburiyyətdən deyil, sadəcə həyatını asanlaşdırmaq və daha sağlam olmaq istəməsi ilə izah edib. Gənc qadın kök olanda evindəki zibili atmağa belə çətinlik çəkdiyini desə də, hazırda özünü çox sağlam hiss etdiyini bildirib.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm