Ekspertdən SOS: “Bankların borcu sürətlə artır”
Bizi izləyin

Ekopublika.az

Ekspertdən SOS: “Bankların borcu sürətlə artır”

Mərkəzi Bankın qarşısında bankların öhdəliyi bəlli olub.

Publika.az iqtisadçı-ekpsert Qubad İbadoğluna istinadən xəbər verir ki, “Kapital Bank”ın Mərkəzi Bank qarşısında öhdəliyi 100 milyon, “Zaminbak” 78 milyon 803 min, “Kredobank” 44 milyon 900 min, “Bank of Baku” 40 milyon, “Rabitəbank” 32 milyon, “Bank Silk Vey” 27 milyon 188 min, “Paşa Bank” 3 milyon manatdır.

Ekspert bildirib ki, 2016-ci ilin ilk 4 ayında Azərbaycanda bank sektorundan vergi daxilolmaları ötən ilin müvafiq dövrünə nisbətən 30% azalıb. Əhali kredit kartlarından imtina edir: “Ötən ilin fevralın 1-də 1 milyon 322 min ədəd kredit kartları fəaliyyətdə olduğu halda bu il aprelin 1-ə qədər 542 min ədəd kredit kartları dövriyyədən çıxıb və onların 780 min ədədi dövriyyədədir”.

Q.İbadoğlunun sözlərinə görə, fiziki şəxslərə verilən istehlak kreditləri azalıb. Bu ilin birinci rübündə ev təsərrüfatlarının kreditləşməsi ötən ilin eyni dövrü ilə müqayisədə 729,7 milyon manat azalaraq 7 milyard 33,9 milyon manat olub: “Depozitlər isə dollarlaşıb. Bu il aprelin 1-ə cəmi depozit bazasının valyutalar üzrə struktur təhlili göstərir ki, xarici valyuta ilə depozitlərin cəmi depozitlərdə payı 81 faizə çatıb. Mərkəzi Bankın məlumatlarına görə, 2016-cı ilin aprel ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 19687,0 milyon manat təşkil edib. Onun 15203,4 milyon manatı uzunmüddətli kreditlər olub. Kredit portfeli 2015-ci il aprel ayının 1-i ilə müqayisədə 4,6 faiz azalıb. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 6,7 faizini təşkil edib”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm