NƏHAYƏT OLDU: 20 yanvar qatili “arzuolunmaz şəxs” elan edildi
Bizi izləyin

Dünya

NƏHAYƏT OLDU: 20 yanvar qatili “arzuolunmaz şəxs” elan edildi

Keçmiş SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovun Ukraynaya girişi qadağan edilib.

Publika.az xəbər verir ki, bu haqda Ukrayna Təhlükəsizlik Xidmətindəki mənbələrə istinadən “Obozrevatel” bildirib.

Mixail Qorbaçov “persona non-qrata” (“arzuolunmaz şəxs”) elan olunub.

Qorbaçovun kəskin anti-Ukrayna fikirlərinin hüquqi analizi belə qərarın qəbuluna əsas verib. O, faktiki olaraq Krımın Rusiya tərəfindən zəbtini bəyənib.

Daha əvvəl isə “The Sunday Times”ə müsahibə verən Qorbaçov bildirib ki, Rusiya prezidenti Vladimir Putinin Krımın Rusiyaya birləşdirilməsi haqqında qərarını dəstəkləyir. SSRİ-in sabiq prezidentinin sözlərinə görə, Putinin yerində olsaydı eyni qərarı verərdi: “Mən həmişə xalqın azad iradəsi ilə Krımın yenidən Rusiya ilə birləşməni istəmişəm”.

Xatirladaq ki, Mixail Qorbaçov 1990-cı il yanvarın 20-də Azərbaycanda törədilən qırğının əsas memarıdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm