Texnoloji
iPhone Blackberry ilə eyni taleyi bölüşəcək?
iPhone proqramçılarından Marko Arment, Marco.org adlı bloqunda dərc etdirdiyi yazısında, iPhone-un bir vaxtlar, xüsusilə iş adamlarının əlindən buraxmadığı Blackberry kimi gözdən düşə biləcəyi barədə narahat olduğunu yazıb.
1984-cü ildə Kanadada yaradılan Blackberry-nin 1996-cı ildə istehsal etdiyi Inter@ctive Pager adlı cihaz, ağıllı telefonların atalarından biri idi. Sabun qəlibi böyüklüyündəki cihazın, cüt istiqamətli mesajlaşma, e-posta və faks xüsusiyyətləri vardı. İlk modeli 2007-ci ildə təqdim edilən iPhone isə ağıllı telefon hissini tamam dəyişdi.
Arment o dövr üçün "2007-də Blackberry-nin edəcəyi hər bir
yenilik, hər bir təşəbbüs üçün artıq gec idi" ifadələrini istifadə
edib.
Son dövrlər satışları düşən Apple-ın da oxşar taleyi olmasından
narahat olan Arment, Amazon, Facebook və Google kimi nəhənglərin,
süni zəka və səslə işləyən interfeyslərə investisiya qoyduğunu, bu
investisiyaların cibimizdə cihazların gələcəyi olduğunu
söyləyib.
Arment-ə görə, Apple təbii səs əməliyyat sistemi texnologiyasında
geri qalıb. Arment, Amazon Echo-nun əmrləri qavramaqda Apple-ın
Siri-sindən daha yaxşı olduğunu yazıb.
Google-a aid süni zəka şirkəti Deepmind-ın inkişaf etdirdiyi
Alphago proramının, 2500 illik Çinin strategiya oyunu Go-da ilk
dəfə peşəkar oyunçuya qalib gəldiyini xatırladan Arment, axtarılan
hər bir fotoşəkilin etiketlənmə lazım olmadan Google-da tapıla
bilinəcəyini də əlavə edib. (marja)
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?