Uşaq bağçasına hücum edən ayının görüntüləri yayıldı - VİDEO (YENİLƏNİB)
Bizi izləyin

Hadisə

Uşaq bağçasına hücum edən ayının görüntüləri yayıldı - VİDEO (YENİLƏNİB)

Ötən gün Oğuzun Xalxal kəndindəki uşaq bağçasına hücum edən ayının görüntüləri yayılıb.

Publika.az Region TV-yə istinadən görüntüləri təqdim edir:

***

Bu gün Oğuz rayonunun Xalxal kəndi yaxınlığında yerləşən meşə sahəsindən ayı kəndə hücum edib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, kənd camaatı səs-küy salmaqla ayını meşə sahəsinə qaytarmağa cəhd etsə də, ayı kəndə daxil olub, bir inəyə xəsarət yetirib, bir avtomobilə ziyan vurub.

Ayı sonra uşaq bağçasının həyətinə daxil olub. Həmin vaxt orada 50-dən çox uşaq olub. Belə olan halda həmin bağçanın yanında yaşayan Fazil Şükürov ayıya atəş açaraq öldürüb.

Xoşbəxtlikdən heç bir uşaq xəsarət almayıb. Hazırda ayının quduz olub-olmamasını müəyyən etmək üçün Baytarlıq Xidmətinin əməkdaşları tərəfindən araşdırmalar aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm