Saakaşvilinin silahdaşının evində axtarış aparıldı
Bizi izləyin

Dünya

Saakaşvilinin silahdaşının evində axtarış aparıldı

Ukrayna Baş prokurorluğu və Ukrayna Təhlükəsizlik Xidmətinin müstəntiqləri Gürcüstanın keçmiş baş konsulu, Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin köməkçisi Teymuraz Nişnianidzeninin kabineti və evində axtarışlar aparıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Bildirilir ki, istintaq hərəkətləri bir neçə cinayət maddəsi çərçivəsində aparılır.

Məlumata görə, Baş prokurorluq həmçinin “Odessanın xeyrinə” Fondunun fəaliyyəti ilə maraqlanır. KİV yazır ki, Nişnianidzenin rəhbəri olduğu fond Odessanın bir sıra məşhur biznesmenlərindən pul toplayır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm