Tokionun G7 planı: Abenin əsas məqsədi Moskvanı...
Bizi izləyin

Dünya

Tokionun G7 planı: Abenin əsas məqsədi Moskvanı...

“Yaponiyanın baş naziri Sindzo Abe Rusiyanı G7-yə (“Böyük yeddilik”) qaytarmağa və ona qarşı sanksiyaları yumşaltmağa çalışır”.

Publika.az xəbər verir ki, bu haqda “Forbes” nəşrinin müşahidəçisi Ceremi Maksi deyib.

Müşahidəçinin sözlərinə görə, Abenin əsas məqsədi Moskvanı Çindən uzaqlaşdırmaqdır.

“Bu sammitdə G7-nin sədri Sindzo Abe iki mübahisəli məsələni gündəliyə çıxardacaq. Bunlardan birincisi, Çinin Cənubi Çin dənizindəki aktivliyinin qınaması, ikinci isə Rusiyanın G7-yə qaytarılmasıdır. Abenin əsas məqsədi regionda güc balansını bərpa etmək və Çinin hegemonluğuna qarşı addımlar atmaq üçün Rusiya ilə münasibətləri yaxşılaşdırmaqdır. Yapon baş nazir Moskvaya Pekinlə strateji ittifaqı yaratmağa mane olmağa çalışır. Tokionun fikrincə, bu ittifaq beynəlxalq arenada, o cümlədən Asiyada nizamı partlada bilər”, - Ceremi Maksi bildirib.

Müşahidəçi xatırladır ki, Moskva Ukrayna böhranı və Krımın zəbtindən sonra - 2014-cü ildə “Böyük səkkizliyi” tərk edib.

O, hesab edir ki, Rusiya prezidenti Vladimir Putinin özünün strateji hədəfləri var: “O, Tokionu Vaşinqtonla sıx əməkdaşlıqdan kənara itələməyə və sanksiyaları dəstəkləyən ölkələrin düşərgəsində çaxnaşma yaratmağa nail olmaq istəyir. Bundan başqa, Rusiya Qərblə pisləşən münasibətlər fonunda Yaponiya kimi iqtisadi partnyorla əlaqələri inkişaf etdirməkdə maraqlıdır”.

Maksinin fikrincə, ehtimal ki, Abenin bütün səyləri hədər gedəcək və G7-nin digər liderləri onun təşəbbüsünü dəstəkləməyəcəklər: “Ümumiyyətlə ağlasığmazdır ki, liderlər Rusiyanın qrupa qayıdışı haqqında məsələyə baxacaqlar. ABŞ prezidenti Barak Obama hələ fevral ayında Sindzo Abeyə Rusiya lideri ilə görüşməməyi israrla məsləhət gördü. Amma Abe onun sözünə baxmadı və Soçiyə yola düşdü”.

Qeyd edək ki, bu gün Yaponiyada G7-nin ikigünlük sammiti işinə başlayıb. Sindzo Abenin sədrliyi ilə keçirilən sammitdə ABŞ prezidenti Barak Obama, Fransa prezidenti Fransua Olland, Almaniya kansleri Angela Merkel, Böyük Britaniyanin baş nazir Devid Kameron, İtaliyanın baş naziri Matteo Rensi və Kanadanın baş naziri Castin Tryudo iştirak edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm