PYD Suriyada xəritəni dəyişdirir: Rakka azad olduqdan sonra... - FOTO
Bizi izləyin

Dünya

PYD Suriyada xəritəni dəyişdirir: Rakka azad olduqdan sonra... - FOTO

“İŞİD azad edildikdən sonra “Rojava və Şimali Suriya Demokratik Federal Sistemi”nin bir parçası olacaq”.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu PYD-nin (PKK terror təşkilatının Suriya qolu) Şimali İraq kürd muxtariyyətindəki səlahiyyətlisi Garib Hassou deyib.

“Rakkanın azad edilməsi üçün hücum başlanıb. Şəhər azad edildikdən sonra Şimali Suriyada qurduğumuz demokratik federal sistemin bir parçası olması məntiqlidir”, - o, söyləyib.

PYD səlahiyyətlisi qeyd edib ki, Suriya ordusu Rakkada terrorçulara qarşı heç nə edə bilmir və Rakkanın kürd bölgəsinə qatılmasına də etiraz edə bilməyəcək.

Qeyd edək ki, İŞİD terror təşkilatının de-fakto paytaxtı Suriyanın Rakka şəhərinin azad edilməsi üçün əməliyyat mayın 24-də başlanıb. Koalisiya təyyarələri Rakka ətrafında İŞİD-in mövqelərini bombalayır. Əməliyyata 12 min döyüşçü qatılıb. Rakkanın mülki əhalisinin Der əz-Zor şəhərinə qaçmağa başladığı bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm