Obama: “Dünya liderləri bundan şoka düşüblər”
Bizi izləyin

Dünya

Obama: “Dünya liderləri bundan şoka düşüblər”

“Dünya liderləri partiyadaxili seçkilərdə Donald Trampın qələbəsindən heyrətlənib”.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Barak Obama Yaponiyada keçirilən G7 (“Böyük yeddilik”) sammitində deyib.

“Dünya liderləri Trampın irəliləməsinə heyrətləniblər. Onlar şoka düşüblər və bunun üçün səbəblər var”, - ABŞ prezidenti bildirib.

Dövlət başçısı qeyd edib ki, Trampın bəyanatları beynəlxalq siyasət məsələlərinə münasibətdə onun avamlığını və həyasız münasibətini göstərir.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 8-də keçiriləcək. Tramp faktiki olaraq Respublikaçılar Partiyasının namizədidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm