Prezident ailəsi ilə bərabər 9 yataq otağı olan malikanəyə köçəcək
Bizi izləyin

Dünya

Prezident ailəsi ilə bərabər 9 yataq otağı olan malikanəyə köçəcək

ABŞ prezidenti Barak Obama ailəsi ilə bərabər 9 yataq otağı olan malikanəyə köçəcək. Paytaxt Vaşinqotonun ən zəngin məhəllələrdən biri olan Kaloramadakı villa Obamanın 8 illik prezidentliyindən sonra yerləşəcəyi ev olacaq.

Ağ Ev bu haqda rəsmi açıqlama verməsə də, Obamalara yaxın insanlar bildirir ki, 5 milyonluq malikanə Ağ Evdən cəmi 3 km-lik məsafədə yerləşir.

Kalorama Vaşiqntonun diplomatik kvartalı və ABŞ-ın vitse-prezidentinin yaşadığı rayona çox yaxındır.

Obamaların Amerikanın 3-cü böyük şəhəri olan Çikaqoda evi var. Lakin birinci ailə ikinci qızları Saşanın məktəbi bitirməsini gözləyəcək.

Onların aylıq icarəsinin 22 min dollar təşkil edəcəyi deyilir. Evin sahəsi 2500 kv.mertdir.

Obama son yüzillikdə vəzifəsini tərk etdikdən sonra Vaşinqtonda qalan ilk prezident olacaq.

Son dəfə XX əsrin əvvəllərində Vidru Uilson Vaşinqtonu tərk etməmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm