Məktəbində dava olan direktor danışdı
Bizi izləyin

Qırmızı.az

Məktəbində dava olan direktor danışdı

Bakıda orta məktəbdə şagirdlər arasında kütləvi dava olub.

Qaradağ rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə 106 saylı orta məktəbin həyətində qeydə alınıb. Şagirdlər - 1999-cu il təvəllüdlü Elşən Cəsarət oğlu Hüseynov, 1999-cu il təvəllüdlü Nicat Nizami oğlu Əliyusifov, 1999-cu il təvəllüdlü Elşad Oruc oğlu Əliyev və onun qardaşı, 2001-ci il təvəllüdlü Tacir Əliyev arasında baş verən dava zamanı E. Hüseynov xəsarət alıb. E. Hüseynov bununla bağlı polisə şikayət edib.Hazırda Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi hadisə ilə bağlı araşdırma aparır.

Məktəbin direktoru Təranə Qasımova Publika.az-a açıqlamasında bildirib ki, dərs başlamazdan əvvəl şagirdlər arasında mübahisə olub, lakin bu dava kütləvi olmayıb:

“Səhər saat 07:45-də dərs başlamazdan əvvəl iki uşaq arasında mübahisə olub. Yeniyetmə uşaqdılar, sözləri uyğun gəlməyə bilər. Ancaq davanın hansı səbəbdən yarandığını bilmirəm. Uşaqlar sonra barışdılar. Heç bir problem yoxdur”.

Dava edən şagirdlərin dərsdə olub-olmaması ilə bağlı suala direktor “Uşaq dərsdə olar da? Gəlməyibsə də, qayıb yazılacaq” cavabını verdi.

Dava nəticəsində Elşən Hüseynovun xəsarət almasına gəldikdə, direktor bundan xəbərsiz olduğunu dedi.

“Mən bildiyim qədəri ilə sadəcə iki uşaq arasında mübahisə olub. Davanın böyüməsinə növbətçi müəllimlər icazə verməz”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm