Dünya
PKK əvəzinə İŞİD terroru – Türkiyəyə qarşı ŞOK PLAN - FOTOLAR
Türkiyə təhlükəsizlik güclərinin əməliyyatları nəticəsində müqavimət gücü tükənən PKK növbəti dəfə “çəkilirik” taktikasına əl atıb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Mardin vilayətinin Nusaybin mahalında təslim olmaq istədiyini söyləyən bir PKK-çı üzərindəki bombanı partladıb.
Beş terrorçu hadisə yerində ölüb.
Daha əvvəl təslim olan 25 terrorçunun ardınca dünən 10-u qadın olmaqla 42 PKK-çı təhlükəsizlik güclərinə təslim olub. Nusaybində məğlubiyyətə uğrayan təşkilat mahaldan çəkildiyini açıqlayıb.
Bununla belə, PKK-nın qazdığı xəndəklərin doldurulması, barrikadaların dağıdılması, minaların təmizlənməsi və terrorçuların zərərsizləşdirilməsi üçün “Qırğı-1” əməliyyatları davam edir. Mahalda bu günə qədər 437 PKK terrorçusu zərərsizləşdirilib.
PKK Nusaybindən çəkildiyini açıqlasa da bölgədəki hərbi mənbələr mahalda hələ də 25-30-u qadın olmaqla, təxminən 130 terrorçunun olduğunu bildirirlər. Məlumata görə, PKK həmin terrorçuları Suriyaya keçirməyi planlaşdırır. Əgər plan baş tutsa, qaçırılan terrorçular ABŞ ilə PYD-nin həyata keçirdiyi Rakka əməliyyatına qatılacaq. Hərbi mənbələrə görə, yeni hədəf Türkiyəni İŞİD terroru ilə qarşı-qarşıya qoymaqdır.
Ömər Dağlı
-
Magazin123:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı