Nida.az
Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycan ərazilərinin işğalını etiraf etdi
Polşanın İctimai Televiziyasının çəkiliş qrupu müvafiq akkreditasiya kartı ilə Azərbaycanda və Ermənistanda səfərdə olub. Səfərin nəticəsində çəkiliş qrupu tərəfindən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı silsilə verilişlər hazırlanır (http://wiadomosci.tvp.pl/25462349/konflikt-podsycany-przez-rosje).
Dailykarabakh-ın məlumatına görə, jurnalist Pavel Szota müsahibə verən Ermənistan xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Tiqran Balayan deyib: "İlk əvvəl problemin mənbəyini həll etmək lazımdır. Qaçqınlar, işğal olunmuş torpaqlar sadəcə bir nəticədir. Əsas problem Dağlıq Qarabağın statusudur".
Ermənistan XİN-nin rəsmisi bununla Azərbaycan ərazilərinin işğalını
və işğal olunmuş ərazilərdən azərbaycanlıların qovulmasını və
onların qaçqın və məcburi köçkün vəziyyətinə düşməsini etiraf edir.
Bu ölkənin rəsmi mövqeyini çatdıran şəxs tərəfindən Ermənistanın
Azərbaycan ərazilərini işğal etməsini təsdiq edən və etiraf edən
çox ciddi açıqlamadır.
Ermənistan rəsmisi tərəfindən belə bir kəlmənin səslənməsinə
inanmayaraq redaksiya olaraq polyak dilini bilən mütəxəssislərə və
polyak dilinin daşıyıcılarına müraciət etdik. Onlar da işğal
faktının səsləndirildiyini təsdiq etdilər.
Verilişdə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin
rəhbəri Hikmət Hacıyevin də müsahibəsi yer alıb. O, münaqişənin
əsasını Ermənistanın Azərbaycan ərazilərini işğalı, işğal olunmuş
Azərbaycan ərazilərində Ermənistan qoşunlarının qeyri-qanuni
mövcudluğu təşkil etdiyini deyib.
Veriliş əsnasında atışmalarda həlak olmuş erməni və Azərbaycan
əsgərinin valideynləri və yaxınlarının müsahibəsi verilib.
(trend)
-
İdman17:06
"Qarabağ"ı yıxan futbolçu İstanbul nəhənginin hədəfində
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO