Səmra: “Məni qəfil qucağına aldı...”
Bizi izləyin

Magazin1

Səmra: “Məni qəfil qucağına aldı...”

Azərbaycanın “Eurovision-2016” təmsilçisi Səmra Rəhimli “5-ci element” verilişinin qonağı olub.

Publika.az xəbər verir ki, müğənni sosial şəbəkədə geyimi ilə bağlı onu tənqid edənlərə sərt cavab verib: “Öz sənət yoldaşlarım saxta profillər açıb instaqramda mənim əleyhimə tənqidi fikirlər yazırdılar. Siz mənim qısa geyinməyimi tərbiyəsizlik kimi görürsünüzsə, niyə şərh bölməsinə söyüş yazırsınız? Bu, nə dərəcədə düzgün hərəkətdir? Məgər insanın tərbiyəsi paltarının uzunluğuna görə ölçülür? Bəzi sənət adamları efirə çıxanda uzun paltar geyinsə də, o insanlar haqqında da çox-söhbət gəzir. Əgər sizin üçün qısa paltar tərbiyəsizlikdirsə, onda siz geyinməyin”.

Səmra səhnə kostyumunun peşəkar stilistlər tərəfindən hazırlandığını deyib: “Paltarlarımda qeyri-adi nə olduğunu və niyə bu qədər müzakirə olunduğunu hələ də başa düşə bilmirəm. Şəhərə çıxsaq, məndən də açıq geyinən xanımlar görərik”.

Səmra Niderland təmsilçisinin qucağında çəkilmiş fotosuna münasibət bildirib: “Konsert zamanı Niderland təmsilçisi gəlib şəkil çəkdirmək istədi və məni qəfil qucağına qaldırdı. O, Fransa və İspaniya təmsilçilərini qucağına almışdı, amma heç kəs bu qədər şişirtmədi.”.

Sənətçi bu il keçirilən “Eurovision”da siyasətin ön plana çıxdığını deyib: “Finalın nəticələri məlum olanda hamımız şok olduq. Çünki biz Fransa, Rusiya və ya Avstraliyanın birinci olacağını fikirləşirdik. Özümü isə 17-ci yerdə yox, ilk 5-likdə görürdüm. Mahnım və səhnə çıxışım haqqında müsbət fikirlər eşidirdim”.

Gənc ifaçı ailə quracağı barədə yayılan xəbərlərə aydınlıq gətirib: “Müsabiqəyə gedəcəyim barədə xəbərlər yayılan kimi dostlarım mənə karyeramı davam etdirməyi söylədilər, o biri iştirakçılar kimi ailə qurmağa tələsməməyi məsləhət gördülər. Bu sənətdə ən böyük dayağım anamdır, o da hələlik ailə qurmağımı istəmir”.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm