Taksilərdə nağdsız ödəniş tətbiq ediləcək - YENİLİK
Bizi izləyin

Qırmızı.az

Taksilərdə nağdsız ödəniş tətbiq ediləcək - YENİLİK

Bakı Nəqliyyat Agentliyi tərəfindən nəqliyyatın vahid konsepsiyası hazırlanır. Bunun daxilində avtobus və taksilərlə bağlı ayrıca konsepsiyalar müəyyən ediləcək.

Bu barədə Publika.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib.

Onun sözlərinə görə, taksilərlə bağlı konsepsiyanın daxilində müəyyən şərtlər yer alıb:

“Həmin şərtlər içərisində gələcəkdə bütün ictimai nəqliyyatda, eyni zamanda taksilərdə nağdsız ödənişin ləğv edilməsi nəzərdə tutulub. Bu işlər mərhələli şəkildə həyata keçiriləcək. Hazırda “Baku Bus”da bu tətbiq olunur. Növbəti mərhələdə bu ödəniş sistemi digər avtobuslar və taksilərə də tətbiq ediləcək”.

N.Allahyarova taksi sürücülərinin xüsusi yoxlamalardan da keçəcəyini bildirib:

“Bu vaxta qədər taksi sürücüləri taksi kombinatında kursdan keçirdilər və onların nəticəsini Bakı Nəqliyyat Agentliyi, eləcə də sərnişinlər görürdü. Hər kəsə bəlli idi ki, bu proses necə həyata keçirilir və hansı nəticələr olur. Bakı Nəqliyyat Agentliyi taksi sürücülərinin keçdiyi kurslardan tamamilə narazı olduğu üçün həm taksi, həm də avtobus sürücüləri üçün MDB məkanında ən böyük Sürücü Təlim Mərkəzi olan "Test&Training Azerbaijan"da təlim kursları və yoxlamalara başlayacaq. Bu kurslara Bakı şəhərində fəaliyyət göstərən nəqliyyat daşıyıcılarının sürücüləri cəlb ediləcək. Yalnız bu təlim və yoxlamadan keçəndən sonra fərqlənmə nişanı ala biləcəklər. Proses yayda başlayacaq. Çünki hazırda nə tədris müəssisələri bağlanıb, nə də iş yerlərində məzuniyyətlər başlayıb. Bakı Nəqliyyat Agentliyi təhlükəli işləyən avtobus və taksi sürücüləri ilə bağlı işlərin icrasına növbəti aylarda başlayacaq. Çünki yayda paytaxtda sıxlıq azalır. Bu səbəbdən də aparılan dəyişikliklər çox da narazılıq yaratmasın. Bu yoxlamalardan sonra bəzi sürücülər taksi xidməti göstərə bilməyəcək”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm