Ankaradan ABŞ-a nota: “Sizinlə bu kitabı bağladıq!”
Bizi izləyin

Dünya

Ankaradan ABŞ-a nota: “Sizinlə bu kitabı bağladıq!”

Türkiyə Amerika Konqresinin mövqeyinə görə bu ölkədən pilotsuz zərbə təyyarələrini almayacaq.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Müdafiə Sənayesi Departamenti başçısının müavini İsmayıl Dəmir bildirib.

“ABŞ Konqresi tez-tez pilotsuz zərbə təyyarələri və bəzi silah növlərinin Türkiyəyə satışına qarşı çıxır. Türkiyə bundan sonra ABŞ-dan pilotsuz zərbə təyyarələri almayacaq. Bu kitab bizim üçün artıq bağlanıb”, - İsmayıl Dəmir ABŞ-da Atlantik Şurasında çıxışında deyib.

Onun sözlərinə görə, Ankara Amerika hakimiyyətinin bu mövqeyinə cavab olaraq 2013-cü ildən özünün pilotsuz zərbə təyyarələrini istehsal etmək üçün ciddi addımlar atmağa başlayıb: “Bu cür texnologiyanın inkişafı üçün müəyyən vaxt tələb olunur. Ancaq biz bu məsələ üzrə ciddi nailiyyətlərə nail olduq”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm