ŞOK İDDİA: “SSRİ-nin nüvə silahları Ermənistandadır"
Bizi izləyin

Nida.az

ŞOK İDDİA: “SSRİ-nin nüvə silahları Ermənistandadır"

“Ermənistanın nüvə silahı istehsal etməyə heç bir potensialı yoxdur”.

Bu barədə Publika.az-a açıqlamasında politoloq Natiq Miri Ermənistan siyasətçilərinin nüvə silahlarının mövcudluğu haqda dediklərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, nüvə silahı ilə bağlı beynəlxalq konvensiyalar da Ermənistana belə bir imkan vermir: “Sadəcə olaraq, SSRİ dövründə bu ölkəyə bir, yaxud iki primitiv nüvə silahı, yaxud buna bənzər nəsə yerləşdirə bilərlər. Çünki Ermənistan NATO ölkəsi olan Türkiyə ilə həmsərhəd idi və SSRİ rəhbərliyi onunla sərhəddə təhlükəsizlik tədbirləri baxımından bu addımı ata bilərdi. Amma bu ehtimaldır”.

N. Miri qeyd edib ki, Ermənistandakı “Metsamor” AES-də kimyəvi tullantılar var: “Ola bilsin ki, bu tullantılardan hansısa kimyəvi bombalar kimi istifadə edə bilərlər. Amma yenə də Ermənistanın buna potensialı çatmır”.

Politoloq hesab edir ki, erməni siyasətçilərin nüvə təhdidi ilə bağlı rəsmi Bakı Rusiyadan izahat tələb etməlidir.

“Rusiyanın SSRİ-nin varisi kimi vaxtilə Ermənistanda yerləşdirilmiş hansısa silahdan xəbəri var. Rusiya Müdafiə Nazirliyinin arxivlərində bununla bağlı məlumatlar var. Ona görə də Azərbaycan Xarici İşlər Nazirliyi nota şəkilində Rusiyadan izahat istəməlidir”, - deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm