Bu yolda hərəkət bir istiqamətli olacaq
Bizi izləyin

Qırmızı.az

Bu yolda hərəkət bir istiqamətli olacaq

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Ceyranbatan qəsəbəsindən keçən 1 km uzunluğunda olan hissəsi may ayının 30-dan bağlanacaq.

“Azəravtoyol”ASC-dən Publika.az-a verilən məlumata görə, hərəkətin məhdudlaşdırılmasına səbəb aparılacaq təmir işləridir. Hərəkətin tam olaraq məhdudlaşdırılması yalnız bir hərəkət istiqaməti üzrə ( Bakı şəhəri istiqaməti ) tətbiq olunacaq. Təmir işləri aparılan müddət ərzində digər hərəkət hissəsi ilə ( Sumqayıt şəhəri istiqamətində ) avtonəqliyyat vasitələrinin 2 tərəfli hərəkəti təmin ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm