Bakı məktəblərinə robotlar gətirildi - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Bakı məktəblərinə robotlar gətirildi - FOTOLAR

"Edumedia-Azərbaycan" şirkəti Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin sifarişinə əsasən dünya üzrə məşhur "LEGO Təhsil" həllərini Azərbaycan təhsil sisteminə gətirib.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsini sifarişinə əsasən 5 (beş) məktəbdə, Bakı Avropa liseyi, Ankara liseyi, Fizika, riyaziyyat və informatika təmayüllü lisey, 132-134 nömrəli təhsil kompleksi və 6 nömrəli məktəbdə "LEGO Təhsil" həlləri müəllim və şagirdlərin istifadəsinə verilib. Bunlara "Kosmik layihələr" və "Mühəndis layihələri" üzrə dəst və tapşırıqlar komplekti, LEGO MİNDSTORMS Education EV3 üzrə resurs və təməl dəstləri, dəstlər üzrə proqram təminatları və istifadəçi kitabçaları daxildir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm