Əflatun Amaşov jurnalistləri qınadı: "Bu, onların öz şəxsi həyatlarıdır"
Bizi izləyin

Qırmızı.az

Əflatun Amaşov jurnalistləri qınadı: "Bu, onların öz şəxsi həyatlarıdır"

Mətbuat Şurasının sədri Əflatun Amaşov ingilis dili müəlliməsinin 18 yaşlı gənclə ailə qurması, həmçinin Şamaxıda məktəblinin müəllimindən hamilə qalması ilə bağlı mediada yayılan məlumatlara münasibət bildirib.

Publika.az xəbər verir ki, Təhsil TV-yə açıqlamasında Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov jurnalistləri məsuliyyətli olmağa çağırıb. O, baş verən bütün hadisələrin işıqlandırılmasında jurnalistlərin məsuliyyət daşıdığını bildirib.

“Baş verən olayları mətbuatda biz əks etdiririk. Eyni zamanda, hadisələrin hara getməsi ilə bağlı bir məsuliyyət daşıyırıq. Məsələn, hər hansı bir hadisə ilə bağlı jurnalist məlumat verir, ancaq o hadisənin fəsadları ilə bağlı məsuliyyəti jurnalist daşıyır. Hər hansı bir qadının özündən 10 yaşlı kiçik insanla evlənməsi normaldır. Bu, onların öz şəxsi həyatlarıdır. Mətbuat bu sayaq məqamlarda çox diqqətli, həssas olmalıdır. Məsələn, Şamaxıda baş verən hadisə. Hadisənin mahiyyətinə varmadan, o hadisənin necə baş verdiyini bilmədən, qızla bağlı yalançı müsahibə düzəltmək, onun dilindən açıqlamalar vermək, həmin məqamları ictimaiyyətə çatdırmaq, bunlar medianın təcrübəsizliyindən doğur”.

Ə.Amaşov qeyd edib ki, hadisə hüquq mühafizə orqanları tərəfindən araşdırıldıqdan sonra kiçik mətbuat məlumat verə bilər.

“Ancaq onların adlarının hallandırılması birmənalı qaydada Azərbaycanda qüvvədə olan qanunlara və Azərbaycan jurnalistlərinin qəbul etdiyi peşə-davranış qaydalarına zidd hərəkətlərdir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm