Belarus və Qazaxıstana Ukrayna ssenarisi – Kremlin ŞOK PLANI
Bizi izləyin

Dünya

Belarus və Qazaxıstana Ukrayna ssenarisi – Kremlin ŞOK PLANI

Belarus və Qazaxıstanda “Donbas ssenarisi” üzrə “xalq respublikaları”nın yaradılması prosesinin başlanması müşahidə olunur.

Publika.az “Obozrevatel” nəşrinə istinadən xəbər verir ki, bu haqda üçtərəfli əlaqə qrupunda Ukraynanın keçmiş nümayəndəsi Roman Bezsmertnıy deyib.

Onun sözlərinə görə, Qazaxıstanın şimalında faktiki olaraq “Şimali Qazaxstan Respublikası”nın yaradılması prosesi başlanıb. Diplomat qeyd edib, oxşar proses Belarusun şərqində də müşahidə olunur.

Ukrayna Milli Elmlər Akademiyasının Ümumdünya tarixi İnstitutunun əsas elmi işçisi, politoloq Rüstəm Janqoja isə deyib ki, Qazaxıstandakı etirazlar Moskvaya rusdilli əhalinin müdafiəsi üzrə ənənəvi ritorikasına yenidən müraciət etməyə imkan verib.

“Bu, hakimiyyət üçün çox mənfi görünür. Etiraz aksiyaları Rusiyaya yenidən özünü rus əhalisinin maraqlarının müdafiəçisi elan etməyə imkan verdi. “Rus dünyası” Moskvanın əlindəki kartlarından biridir”, – o, deyib.

Politoloqun fikrincə, Şimali və Mərkəzi Qazaxıstan Rusiyanın potensial hədəfidir. Amma o, bildirir ki, Kreml hətta zəbt edilmiş Krımın öhdəsindən gələ bilməyəcək.

“Bir neçə ay əvvəl bəzi radikal Rusiya siyasətçiləri danışırdılar ki, Şimali və Mərkəzi Qazaxıstan Uzaq Şərq, Kuril və Saxalin kimi qədim rus əraziləridir. Öz elektoratının gözlərində Rusiya hakimiyyətinin tək bəraəti qələbələrdir. Amma Rusiya Krımda boğulacaq!” – elmi işçi əmindir.

Onun sözlərinə görə, Qazaxıstan hakimiyyəti sosial mühitlə işləməlidir: “Yalnız bu, ərazi bütövlüyünü pozmaq və böhranı yaratmaq cəhdindən Qazaxıstanı xilas edə bilər”.

Qeyd edək ki, Qazaxıstan hakimiyyəti Alma-Ata və Atırau şəhərlərində torpaq məsələsi üzrə mitinqlərin keçirilməsini qadağan etdi.

Ukraynalı hərbi analitik ekspert Vitali Sokolenko “InformNapalm”a açıqlamasında bildirib ki, Rusiya Qazaxıstanda hərbi-siyasi vəziyyətin gərginləşdirilməsi ssenarilərinin reallaşdırılmasına hazırlaşır. Ekspertin məlumatına görə, son 1,5 ildə Qazaxıstanda rusiyayönlü hərəkətlərin fəallığının analizi hakimiyyət üçün təhlükələrin əhəmiyyətli dərəcədə artdığını göstərir.

“Bu gün Qazaxıstan ərazisində Krımda həyata keçirilən ssenarilərin işə salınması üçün şərtlər formalaşdırılıb. Onlar Rusiyada daxili siyasi vəziyyətinin pisləşməsi və yaxud da Qazaxıstanda rejimin kəskin dəyişikliyi halında həyata keçirilə bilər”, - o, Vitali Sokolenko hesab edir.

Analitik Qazaxıstan Silahlı qüvvələrində rusiyayönlü elementlərin yüksək konsentrasiyasını qeyd edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm