AŞPA-nın gündəliyi açıqlandı
Bizi izləyin

Nida.az

AŞPA-nın gündəliyi açıqlandı

Milli Məclisin mədəniyyət komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü Rafael Hüseynov qurumun mədəniyyət, elm, təhsil və media komitəsinin iclasında iştirak etmək üçün mayın 31-dən iyunun 2-dək Fransanın paytaxtı Parisdə səfərdə olacaq.

Axar.az Milli Məclisin mətbuat xidmətinə istinadən xəbər verir ki, komitə iclasında bir sıra aktual məsələlərə baxılacaq, media azadlığının, jurnalistlərin çəkiliş aparmaq hüquqlarının və redaktorların müstəqilliyinin qorunması zərurətinə toxunulacaq. İclasda “Hamı üçün idman: inteqrasiya və bərabərliyə doğru körpü”, “Gənclər korrupsiyaya qarşı” və digər mövzularda məruzələr dinləniləcək.

Rafael Hüseynov məruzələr ətrafında fikir mübadiləsində, xüsusilə mediaya dair müzakirələrdə yaxından iştirak edəcək.

Müzakirələrdən sonra komitədə təşkilati məsələlər gündəmdə olacaq, yeni məruzəçilər təyin ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm