“Rusiyalılar Krıma nifrət etdilər, anladılar ki...”
Bizi izləyin

Dünya

“Rusiyalılar Krıma nifrət etdilər, anladılar ki...”

“Rusiyalılar anlayanda ki, Krımı yedirmək lazım olacaq, o vaxt yarımadaya nifrət etdilər”.

Publika.az xəbər verir ki, bunu “Online.ua” saytına müsahibəsində Rusiya publisisti, dramaturq və blogger Vladimir Qolışev deyib.

“Əslində Krımı Moskvanın aktivinə deyil, passivinə yazmaq lazımdır. Kreml 2014-cü ilin yazında Ukraynanın zəifliyindən istifadə etdi”, - o, qeyd edib.

Qolışevin sözlərianə görə, Krım Rusiya əhalisi üçün ilk aylarda olimpiyaçıların qələbələrinin davamı (2014-cü il Soçi Qış Olimpiadası – red.) idi: “Sonra ondan soyudular. Aydın oldu ki, indi yalnız Qafqazı yedirmək lazım olmayacaq, həm də Krımı yedirmək lazımdır. Və yarımadaya sakit şəkildə nifrət etdilər”.

Dramaturq qeyd edib ki, Rusiya artıq Avropa sərhədləri biçmək cəhdinə görə ödəyir. O, bildirib ki, işğal edilmiş Krıma ilişmək cəhdləri vəziyyəti yalnız ağırlaşdıracaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm