Nida.az
Azərbaycanın Türkiyədəki səfirliyində rəsmi qəbul - FOTOLAR
Mayın 27-də Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyində 28 May Respublika Gününə həsr olunmuş geniş tərkibli rəsmi qəbul təşkil edilib.
Səfirlikdən Publika.az-a verilən məlumata görə, tədbirdə Türkiyə Respublikası Baş Nazirinin müavini Toğrul Türkeş, iqtisadiyyat naziri Nihat Zəybəkçi, nəqliyyat gəmiçilik və kommunikasiyalar naziri Əhməd Arslan, Türkiyə Böyük Millət Məclisinin sabiq sədri İsmet Sezqin, Türkiyə Jandarma Qüvvələrinin baş komandanı, ordu generalı Galib Mendi ilə yanaşı 30 general,Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin yüksək vəzifəli rəsmiləri, çox sayda QHT-lərin rəhbərləri və nümayəndələri, müxtəlif siyasi partiyaların təmsilçiləri, diplomatik nümayəndəliklərin rəhbərləri, Ankarada təhsil alan tələbə və müdavimlərimizlə yanaşı çox sayda diaspor və KİV nümayəndələri iştirak edib.
Geniştərkibli möhtəşəm tədbir, iki qardaş ölkənin liderləri Heydər Əliyev və Mustafa Kamal Atatürk, eləcə də şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsinin ardından himnlərin səsləndirilməsi ilə başlayıb. Ardından açılış nitqi üçün səfir Faiq Bağırov Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi və Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi strategiya sayəsində Azərbaycanın əldə etdiyi müvəffəqiyyətlərin beynəlxalq aləmdə ölkəmizi qabaqcıl bir dövlət kimi ön sıralara çıxardığını vurğulayıb.
Ardından söz Türkiyə Respublikası Baş nazirinin müavini Toğrul Türkeşə verilib. Türkiyə rəsmisi öz çıxışında iki ölkə əlaqələrinin əhəmiyyətinə diqqət çəkərək, Türkiyənin başda Dağlıq Qarabağ münaqişəsi olmaqla Azərbaycanın ağrılı problemləri çərçivəsində həmişə yanında olduğunu qeyd edib. Türkeş Türkiyədə 2016-cı ilin mart ayında törədilmiş terror aktından sonra Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 15 mart tarixində Türkiyəyə səfər etdiyini və bunun Azərbaycan tərəfindən nümayiş edilən həmrəyliyin bariz nümunəsi olduğunu vurğulayıb.
-
Sosial21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov