“Qisasçılar” neft obyektlərinə hücum etdilər
Bizi izləyin

Dünya

“Qisasçılar” neft obyektlərinə hücum etdilər

Terrorçular Nigeriyanın cənubunda yerləşən neft obyektlərinə hücum ediblər.

Publika.az xəbər verir ki, bu haqda yerli hakimiyyətə istinadən “Reuters” agentliyi bildirib.

Məlumata görə, neft obyektlərinə hücum “Nigerin deltasının qisasçıları” qruplaşmasının döyüşçüləri tərəfindən həyata keçirilib. Rəsmi məlumatlara görə, terrorçular Nigerin Deltası ərazisində yerləşən Nembe neft kəmərinə zərər vurublar.

Xatırladaq ki, mayın əvvəlində qruplaşmanın döyüşçüləri Nigeriyada “Chevron” şirkətinin neft platformasına hücum ediblər. Qruplaşma şirkətin digər neft obyektlərində yeni partlayış törədəcəyini açıqlayıb. Hadisədən sonra gücləndirilmiş hərbi nəzarətə baxmayaraq, döyüşçülər mayın ortalarında şirkətin daha bir obyektini - neft kəmərini partladıblar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm