Xalası diktatorun uşaqlığından danışdı: “Hirsli idi, aclıq elan edirdi”
Bizi izləyin

Dünya

Xalası diktatorun uşaqlığından danışdı: “Hirsli idi, aclıq elan edirdi”

Şimali Koreyanın lideri Kim Çen İnin xalası Ko Yen Suk Koreya Xalq Demokratik Respublikasındakı həyatı haqqında ilk müsahibəni “The Washington Post” nəşrinə verib.

Publika.az xəbər verir ki, 60 yaşlı Ko Yen Suk 1998-ci ildə əri Li Qanom və üç uşağı ilə birlikdə Şimali Koreyadan ABŞ-a gedib.

Amerika nəşrinin yazdığına görə, ailə elə ilk günlərdən Mərkəzi Kəşfiyyat İdarəsinin əlinə düşüb. Hazırda ailənin şəxsi biznesi var, iki oğlu və qızı yaxşı təhsil alaraq karyera qurublar. Şimali Koreyadan 18 ildir çıxmasına baxmayaraq, onlar Koreya Xalq Demokratik Respublikası haqqında qiymətli informasiya mənbəyi olaraq qalırlar.

Xalanın sözlərinə görə, Şimali Koreya lideri çoxlarının hesab etdiyi kimi 1983 və yaxud da 1982-ci ildə deyil, 1984-cü ildə doğulub. Ko Yen Suk Kim Çen İn İsveçrədə təhsil alarkən ona baxıb.

“Biz normal evdə yaşayırdıq və normal ailə idik. Mən onun anası və böyük qardaşı ilə bir yerdə yaşayırdım. Mən həmin vaxt onu dəstəkləyirdim ki, evə dostlarını gətirsin. Çünki biz istəyirdik ki, onlar normal həyat yaşasınlar. Onlar tort yeyir və “Leqo” oynayırdılar”, - o, deyib.

Xala deyir ki, bacısı oğlu ilə Parisə “Disneylend”ə gedirmiş. Bundan başqa, gələcəkdə Şimali Koreya lideri olacaq Kim Çen İn Alp dağlarında xizək sürüb və italyan restoranlarına gedib. Onun sözlərinə görə, Kim Çen İn oyunları və texnikanı sevib, “gəmilər niyə üzür, təyyarələr niyə uçur” deyə aydınlaşdırmağa çalışıb. Bundan başqa, Kim Çen İn məktəbdə basketbol oynamağa başlayıb. Amerika basketbolçusu Maykl Cordan onun kumiri olub.

“O, dəcəl deyildi, amma hirsli idi və səbri çatmırdı. Anası az oxuduğuna və çox oynadığına görə ona töhmət edəndə, birbaşa etiraz etmirdi və başqa üsullarla etirazını çatdırırdı. Məsələn, aclıq elan edirdi”, - Ko Yen Suk bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm