Mətanət İsgəndərli vətənpərvərlik mövzusunda mahnı oxudu - VİDEO
Bizi izləyin

Magazin1

Mətanət İsgəndərli vətənpərvərlik mövzusunda mahnı oxudu - VİDEO

Əməkdar artist Mətanət İsgəndərli vətənpərvərliyi tərənnüm edən yeni mahnısını dinləyicilərin ixtiyarına verib.

Publika.az xəbər verir ki, söz və musiqisi Tural Bayraməliyevə məxsus mahnı “Müstəqil Azərbaycan” adlanır. Mətanət İsgəndərli mahnının 28 May Respublika Gününə həsr olunsuğunu bildirib: “Mahnı türkiyəli musiqiçilərin müşayiəti ilə yazılıb. Aranjimanı İlkin Həsəniyə məxsusdur. Eyni gündə həm mahnının, həm klipin təqdimatını cox istəyirdik, amma buna vaxtımız çatmadı. Klip mini film şəklində nəzərdə tutulub və müstəqilliyimizdən, Qarabağımızdan bəhs edəcək”.

Mahnının müəllifi Tural Bayraməliyev isə “Vətənpərvər mahnılar” silsiləsindən olan “Müstəqil Azərbaycan”ın klipinin dövlət bayramlarının birində təqdimata çıxarılacağını qeyd edib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm