Turçinov: “Putinin mövqeyi təhlükəlidir”
Bizi izləyin

Dünya

Turçinov: “Putinin mövqeyi təhlükəlidir”

“Rusiya prezidenti Vladimir Putinin Donbasla bağlı mövqeyinə cavab olaraq Ukrayna müdafiə potensialını gücləndirməlidir”.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov deyib.

“Biz ordumuzu lazımı silahlar və resurslarla təmin etməliyik. Parlamentdə boş müzakirələrin əvəzinə müdafiə büdcəsi doldurulmalıdır”, - Turçinov bildirib.

O, ümid etdiyini vurğulayıb ki, Ukraynanın strateji müttəfiqləri Putinin birmənalı təhdidlərini rus dilindən tərcümə etməyi bacaracaqlar.

Turçinovun sözlərinə görə, Moskva Minsk razılaşmalarını yerinə yetirməyə hazırlaşmadığını nümayiş etdirib: “Minsk razılaşmalarının əsas bəndləri atəşin dayandırılması, Rusiya qoşunlarının çıxarılması və şərq sərhədi üzərində Ukraynanın nəzarətinin bərpasıdır”.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Ukrayna Konstitusiyaya Donbasın xüsusi statusu haqqında dəyişikliklərin edilməyəcəyi halda, ölkənin şərqində atəşin davam edəcəyini bildirib.

“Təmas xəttində, təhlükəsizlik zonasında kimsə kimi güllələyir” kimi bəhanələrlə qərarları təxirə salmaq olmaz. Əgər siyasi dəyişiklikləri həyata keçirmək arzuları yoxdursa, həmişə kimsə kimi vuracaq. Və siyasi xarakterli qərarlar qəbul edilməsə, bu vəziyyət sonsuza qədər davam edəcək”, - Putin deyib.

Rusiya prezidenti həmçinin bildirib ki, amnistiya haqqında qanunu qəbul etmək lazımdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm