Kikboksçumuzdan Respublika gününə qələbə hədiyyəsi - FOTO
Bizi izləyin

İdman

Kikboksçumuzdan Respublika gününə qələbə hədiyyəsi - FOTO

Azərbaycanlı kikboksçu Xəyal Əhmədov (81 kq) mayın 28-də Hollandiyanın Eindhoven şəhərində keçirilən K-1 versiyası üzrə beynəlxalq turnirdə qələbə qazanıb.

Publika.az xəbər verir ki, idmançımız “A1 World Combat Cup”ın təşkil etdiyi beynəlxalq turnirdə polyak əsilli kikboksçu üzərinə parlaq qələbə qazanıb.

Xəyal Əhmədov qələbə haqda bunları deyib: “Hamımız bilirik ki, 28 May xalqımız üçün önəmli gün idi. Qələbə həyəcanı ilə döyüşürdüm. Qələbəmi Respublika gününə həsr edirəm. Vətənimlə qürur duyuram. Bu gün hər bir idmançı bilir ki, onun arxasında güclü Azərbaycan dövləti var. Ölkə rəhbərliyi idmana öz dəstəyini daima göstərir. Şəxsən AKF prezidenti, millət vəkili Adil Əliyevə və ölkə mediasına, bütün dostlarıma öz dərin təşəkkürümü bildirirəm ki, öz mənəvi dəstəklərini əsirgəmədilər”.

Qeyd edək ki, X.Əhmədov Azərbaycan Kikboksinq Federasiyasının yığma komandasının üzvü, peşəkar kikboksçudur.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm