Tərtər və Füzulidə partlamamış mərmilər tapıldı - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Tərtər və Füzulidə partlamamış mərmilər tapıldı - FOTOLAR

Mayın 28-də ANAMA tərəfindən Füzuli, Ağcabədi və Tərtər rayonlarında partlamamış hərbi sursatlar aşkar edilib.

Agentlikdən Azərtac-a verilən məlumatda bildirilir ki, Tərtər rayonunun Şıxarx kəndində 3 ev və həyətyanı sahədə 12 partlayış yerinə baxış keçirilib, 1 ədəd qrad raketinin mühərrik hissəsi aşkar edilərək götürülüb, nəticə etibarı ilə 22000 kv.m ərazi yoxlanılıb. Həmçinin Qarağacı kəndində 1 ev və həyətyanı sahədə 1 partlayış yerində 1 ədəd 122 mm-lik mərmi aşkar olunub, ümumilikdə 200 kv.m ərazi yoxlanılıb. Cəmilli kəndində 1 ev və həyətyanı sahədə 3 partlayış yerində 2 ədəd qrad raketinin mühərrik hissəsi tapılıb, 4500 kv. m ərazi yoxlanılıb. Ümumilikdə Tərtər rayonunda 5 ev və həyətyanı sahəyə, 16 partlayış yerinə baxış keçirilib, 3 ədəd qrad raketinin mühərrik hissəsi və 1 ədəd 122 mm-lik mərmi aşkar olunub və 26700 kv.m ərazi təmizlənib.

Ağcabədi rayonunun Hacılar kəndində 3 əkin sahəsində, 1 orta məktəbin həyətində 4 partlayış yerinə baxış keçirilib, 26 000 kv.m ərazi yoxlanılıb.

Füzuli rayonunun Şükürbəyli kəndində 4 əkin sahəsində 4 partlayış yeri, ümumən 1740 kv. m ərazi yoxlanılıb.

28 may tarixində 5 ev və həyətyanı sahə, 7 əkin sahəsi, 1 orta məktəb ərazisində, 24 partlayış yerinə baxış keçirilib, 4 ədəd partlamamış hərbi sursat (3 ədəd qrad raketinin mühərrik hissəsi və 1 ədəd 122 mm-lik top mərmisi) aşkar olunub və gün ərzində 54440 kv. m ərazi təmizlənib.

Ümumilikdə Agentlik tərəfindən 7 aprel - 28 may 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 536 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 4 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 21 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1468 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı, məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm