Sarımsaqla arzuladığınız uzun dırnaqlara qovuşun
Bizi izləyin

Gözəllik

Sarımsaqla arzuladığınız uzun dırnaqlara qovuşun

Dırnaq boyalarının və asetonun tərkibindəki kimyəvi maddələr dırnaqların qırılmasına və ya saralmasına səbəb olur.

 

Dırnaqlarınız asanlıqla qırılır və gec uzanırsa, Publika.az-ın təqdim etdiyi sarımsaq maskasını sınaqdan keçirin.

 

Mütəxəssislər bildirirlər ki, sarımsağın tərkibində olan xüsusi maddələr dırnaqların qısa müddətdə uzanmasını və daha möhkəm olmasını təmin edir. Maskaya daxil edilən portağalın ehtiva etdiyi C vitamini isə dırnaqların rəngini açır və parlaq görünməsini təmin edir.

 

Tərkibi:

 

Yarım portağalın suyu

2-3 diş sarımsaq

Zeytun yağı

 

Hazırlanması:

Portağalın suyunu sıxın. Sarımsaqları sürtgəcdən keçirib portağal şirəsi ilə qarışdırın. Dırnaqlarınızı bu qarışığın içərisində 15 dəqiqə saxlayın.

 

Daha sonra dırnaqlara zeytun yağı çəkib 10 dəqiqə gözləyin. Sonda əllərinizi ilıq su ilə yuyub yaxşıca qurulayın. Əllərinizə tərkibində qliserin olan krem çəkin. Bu proseduru həftədə 2 dəfə təkrarlayın.

 

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm