İraqda əməliyyat: 60 terrorçu məhv edildi
Bizi izləyin

Dünya

İraqda əməliyyat: 60 terrorçu məhv edildi

İraqın Ənbar vilayətində anti-terror əməliyyatı keçirilib.

Publika.az xəbər verir ki, əməliyyat nəticəsində Ramadidən 70 kilometr məsafədə yerləşən Hit şəhərinə hücum etmək istəyən 60 İŞİD terrorçusu hökumət qoşunları tərəfindən məhv edilib.

Bu barədə regionda hərbi əməliyyatlar komandanlığı bəyanat yayıb.

"İraq ordusunun dəstələri İŞİD qruplaşmasının Hit şəhərinə hücumunun qarşısını alıb, ən azı 60 terrorçu zərərsizləşdirilib", - deyə məlumatda bildirilir.

Döyüşlərdə hökumət qüvvələri 15 əsgərini itirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm