Hacıqabulda yaşıllıqlar yandı
Bizi izləyin

Hadisə

Hacıqabulda yaşıllıqlar yandı

Bu gün saat 13:30 radələrində Bakı-Qazax magistralının 115-ci km-də, Hacıqabul rayonu ərazisində yol kənarında salınmış yaşıllıqlarda yanğın baş verib.

Publika.az APA-ya istinadən xəbər verir ki, yanğın 10 hektardan çox ot sahəsini və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən salınmış yolkənarı yaşıllıqların bir qismini, o cümlədən Bakı-Böyük Kəsik dəmir yolu xəttinin ətrafındakı sahəni əhatə edib.

Dəmir yolu xəttinə ziyan dəyməyib. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb edilib və yanğın saat 15:30 radələrində söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm