Hadisə
Tovuz sakinindən maraqlı ixtira - Pulsuz enerji
Müasir dövrdə elektrik enerjisindən
pulsuz istifadəni düşünmək çətindir. Amma Tovuzda yaşayan Arif
İsgəndərov özünə məxsus fermada illərdir sərf olunan enerjiyə pul
ödəmir. Səbəb isə özünün ixtira etdiyi
qurğudur.
Region TV xəbər verir ki, Tovuzun Düzqırıqlı kənd
sakini, 55 yaşlı Arif İsgəndərov yaşadığı kənddən Ceyrançöl adlanan
əraziyə elektrik enerjisi çəkməyin mümkün olmadığını gördükdə,
maraqlı ixtira edib.
Müxtəlif texnikaların hissələrini
toplayaraq iri pər düzəldən fermer, Kür çayına axan su vasitəsilə
onu işə salıb. Sürətlə fırlanan pər kəndlinin arzusunu
reallaşdırıb.
Arif İsgəndərov sudan alınan elektrik enerjisi vasitəsilə fermanın işıqlanmasını təmin edir, soyuducu və televizoru işə sala bilir. Kənd sakininin sözlərinə görə, qurğunu bir qədər də təkmilləşdirib daha çox enerji əldə etmək olar.
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO
-
Dünya10:56
Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...