Deputat: “Kürdlər Rusiyanı seçməlidirlər”
Bizi izləyin

Dünya

Deputat: “Kürdlər Rusiyanı seçməlidirlər”

Suriyadakı kürd qruplaşmaları ABŞ-ı yox, Rusiyanı dəstəkləməlidirlər.

Axar.az xəbər verir ki, bunu “Sputnik” agentliyinə açıqlamasında suriyalı kürd deputat Ömər Usi söyləyib. Onun sözlərinə görə, kürdlər ABŞ-a güvənməməlidir. O Vaşinqton üçün Suriyada kürd, ərəb və digərləri arasında heç bir fərqin olmadığını bildirib.

Qeyd edək ki, Suriyadakı əsas kürd qruplaşması YPG hesab edilir. O, PKK terror təşkilatının Suriya qanadıdır. Məhz bu qruplaşmanın sayəsində kürdlər Suriyada muxtariyyat yaradıblar. Əsəd hökuməti və Ankara bunu heç vaxt tanımayacaqlarını bəyan ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm