Azərbaycanda dəhşətli qəza: müəllimlər həlak oldu - VİDEO
Bizi izləyin

Hadisə

Azərbaycanda dəhşətli qəza: müəllimlər həlak oldu - VİDEO

Xızı rayonu ərazisində ölümlə nəticələnən ağır yol qəzası baş verib.

ANS PRESS-in şimal bürosunun məlumatına görə, rayonun Yarımca kəndindən gələn mikroavtobus Qızıl Qazma kəndində dərəyə yuvarlanıb. Hadisə nəticəsində iki nəfər dünyasını dəyişib. Sürücü sağ qalıb. 23 nəfər yaralanıb.

Xızı rayon icra hakimiyyəti başçısının müavini Azər Əlizadənin ANS PRESS-ə verdiyi məlumata görə, həlak olanlar Sumqayıtdan Xızıya istirahətə gəlmiş şəhər sakinləri olub. Onların Sumqayıt Texnologiya Kollecinin kollektivi olduğu vurğulanır.

Dünyasını dəyişmiş iki nəfər Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal bölməsinə gətirilib.

11 nəfər xəsarət almış sərnişin isə Siyəzən regional diaqnostika müalicə mərkəzinə aparılıb. Mərkəzin baş həkimi Dadaş Hümbətovun ANS PRESS-ə bildirdiyinə görə, yaralanlardan iki nəfərə kəllə-beyin travması diaqnozu qoyulub.

11 nəfər xəsarət almış sərnişin Xızı rayon xəstəxanasına yerləşdirilib.

Hazırda Xızı, Sumqayıt və Siyəzən rayonlarının təcili yardım avtombilləri hadisə yerinə yönəldilib. Xilasetmə işləri aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm