Qırmızı.az
Bakını bürüyən toz qatı daha da artacaq - SƏBƏB
Ötən gün günorta saatlarından etibarən Bakının üzərini bürüyən toz qatı bu gün daha da artacaq. Məlumata görə, bu gün qatın normadan artıq olacağı proqnozlaşdırılır.
Yaz aylarında belə hava şəraiti nəfəs borusu və allergik xəstəliklərdən əziyyət çəkənlər üçün təhlükəlidir. Bu xəstəliklərdən əziyyət çəkənlər hələ daha iki gün ehtiyatı əldən verməməlidirlər. Çünki qatı toz-dumanlı hava şəraiti mayın 31-nə qədər davam edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühit üzrə milli monitorinq departamentinin direktor müavini Mətanət Avazova deyir ki, havadakı toz dənəcikləri Azərbaycana Ərəbistan çöllərindən gəlir.
"Bunun əsas səbəbi Ərəbistan yarmadasında, xüsusilə Küveyt olmaqla səhralarda baş vermiş burulğanlı küləkdir. Güclü küləklər nəticəsində yuxarı təbəqəyə qalxmış tozdur ki, həmin bu tozlar atmosfer axınları, əsasən də cənub-şərq küləkləri ilə bizim ölkəmizə hakim kəsilib", - deyə hidrometeorologiya mərkəzindən bildirilib.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!