Parisdəki aksiyalarda saxlanılanların sayı 5-ə çatdı
Bizi izləyin

Dünya

Parisdəki aksiyalarda saxlanılanların sayı 5-ə çatdı

Fransanın paytaxtı Parisdə baş vermiş kütləvi iğtişaşlar zamanı polis maşınını yandırmaqda şübhəli bilinən şəxs həbs edilib.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, saxlanılan şəxsin ABŞ vətəndaşı olduğu açıqlanıb.

Paris Şəhər Prokurorluğunun yaydığı məlumata görə, bununla da saxlanılanların sayı 5-ə çatıb.

27 yaşlı ABŞ vətəndaşına hakimiyyət nümayəndəsinin həyatına sui-qəsd etmək ittihamı irəli sürülüb.

Adı açıqlanmayan şəxs saxlanılan digər şübhəlilərlə birlikdə qabaqcadan əlbir olaraq zorakılıq törətməkdə və maddi ziyan vurmaqda ittiham edilir.

Xatırladaq ki, bir neçə gündür Parisdə Əmək Məcəlləsi islahatlarına qarşı kütləvi etirazlarlar davam edir. Polis maşınının yandırılması insidenti mayın 18-i keçirilən aksiyada baş verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm