Sabah da yağış yağacaq - PROQNOZ
Bizi izləyin

Qırmızı.az

Sabah da yağış yağacaq - PROQNOZ

Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, gecə və axşam bəzi yerlərində yağış yağacağı ehtimalı var.

Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 16-19, gündüz 22-27 dərəcə isti, Bakıda gecə 17-19, gündüz 25-27 dərəcə isti olacaq.

Mayın 31-də Azərbaycanın rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 14-19, gündüz 26-31 dərəcə isti, dağlarda gecə 9-14, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm