Bir il əvvəl xəttə buraxılan avtobuslar sıradan çıxır - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Bir il əvvəl xəttə buraxılan avtobuslar sıradan çıxır - FOTOLAR

Bakıya 2015-ci ildə gətirilmiş sərnişin avtobusları sıradan çıxır.

Publika.az xəbər verir ki, 88 saylı marşrut avtobusu üzrə hərəkət edən yeni avtobuslar heç bir il deyil ki, istifadə olunur. Avtobusların oturacaqları, habelə oturacaqların söykənəcəkləri tədricən sınaraq sərnişinlərə problem yaradır.

Əməkdaşımız 88 saylı marşrut üzrə hərəkət edən bir neçə avtobusda müşahidələr apararaq ictimai nəqliyyat vasitələrinin sırnmış oturacaqlarının və söykənəcəklərin fotolarını çəkib. Yüksək sürətlə hərəkət edən bu nəqliyyat vasitələrinin sınmış oturacaqlarında əyləşmək təhlükəli hal alıb. Bütün bunlar sərnişinləri ayaq üstdə yol getməyə vadar edir.

Qeyd edək ki, cəmi bir il bundan əvvəl gətirilmiş 25 oturacaqdan ibarət avtobuslar İtaliya və Türkiyənin birgə istehsalıdır.
İctimai nəqliyyat vasitələri paytaxta gətirilərkən onların Avro 5 standartlarına uyğun olduğu bildirilirdi. 3 kameranın olduğu avtobuslarda sürücü kabinəsində isə monitor quraşdırılıb. Sərnişin avtobusunda kondisioner və istilik sistemləri quraşdırılsa da, sürücülər bundan istifadə etmirlər.

Sonda onu da qeyd edək ki, 88 saylı marşrut avtobusları Bakının ən təhlükəli nəqliyyat vasitələridir. Belə ki, avtobusun sürücüləri sürət həddini aşır, sərnişinlərlə kobud rəftar edirlər. Sürücülərin özbaşınalıqlarının nəticəsi kimi son vaxtlar bir neçə yol qəzası baş verib. Bununla yanaşı, bu günlərdə sürücülərin sürət hddini aşması və qapıları bağlamadan avtobusu idarə etməsi nəticəsində bir sərnişin avtobusdan yıxılaraq xəsarət alıb. Sərnişinlərin haqlı narazlıqları isə heç bir nəticə verməyib.

Xatırladaq ki, 88 saylı marşruta yeni avtobuslar 2015-ci ilin martında alınıb.

Anar Tağıyev,

FOTOLAR müəllifindir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm