Bağdadda 2 terror aktı – 9 ölü, 22 yaralı
Bizi izləyin

Dünya

Bağdadda 2 terror aktı – 9 ölü, 22 yaralı

İraqın paytaxtı Bağdad şəhərində baş vermiş partlayış zamanı 9 nəfər ölüb, 22 nəfər yaralanıb.

Publika.az-ın məlumatına görə, bu haqda İraq ordusunun nümayəndəsi Ehsan əl-Həvədci məlumat verib.

Onun sözlərinə görə, hadisə paytaxtın şimalındakı Şaab rayonundakı “Əş-Şəllal” bazarında baş verib.

Avtomobildə quraşdırılmış minanın partlaması nəticəsində 7 nəfər ölüb, 15 nəfər yaralanıb.

Daha bir partlayış paytaxtın şimalındakı Tarimiyə rayonundakı polis bölməsinin yaxınlığında baş verib. Nəticədə iki nəfər ölüb, 7 nəfər yaralanıb.

Partlayışlara görə məsuliyyəti heç bir təşkilat öz üzərinə götürməyib.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm