Acun "Survivor"dakı qalmaqallı görüntü ilə bağlı DANIŞDI - FOTO
Bizi izləyin

Magazin2

Acun "Survivor"dakı qalmaqallı görüntü ilə bağlı DANIŞDI - FOTO

TV8-in reytinqli yarışması "Survivor"da iştirak edən Damlanın siqaret çəkdiyi görüntülər Tvitterdə geniş müzakirə və mübahisələrə səbəb olub.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, onun sahildə dayanaraq siqaret çəkməsi kameralara düşdüyü üçün tamaşaçıların qınaq obyektinə çevrilib. Yarışma şərtləri nəinki iştirakçıların, ümumiyyətlə adada tütün məmulatlarının istifadəsini qadağan etsə də, belə bir görüntünün yayımlanması təəccüb doğurub.

Proqramın və telekanalın rəhbəri Acun İlıcalı efirdə bununla bağlı açıqlama verib. O, "Könüllülər"in yarışı uduzduqdan sonra verilişin işçilərinin əşyalarını götürdüyünü qeyd edib. Acun belə bir vəziyyətin bir daha olmayacağınlı deyərək iştirakçılara xəbərdarlıq edib. Damla isə başverənlərlə bağlı üzr istəyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm