Kəmaləddin Heydərov Əfqanıstanın Təhlükəsizlik Şurasının katibi ilə görüşdü
Bizi izləyin

Qırmızı.az

Kəmaləddin Heydərov Əfqanıstanın Təhlükəsizlik Şurasının katibi ilə görüşdü

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov mayın 30-da Əfqanıstan İslam Respublikasının Təhlükəsizlik Şurasının katibi Mohammad Xanif Atmarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Publika.az xəbər verir ki, qonaqları səmimiyyətlə salamlayan nazir Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti, ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər haqqında ətraflı məlumat verib. O, dost Əfqanıstanın uyğun qurumları ilə fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlığın yüksək səviyyəsindən məmnunluğunu bildirmiş, əlaqələrin geniş perspektivləri olduğunu vurğulayıb.

Səmimi görüşə görə nazir K.Heydərova təşəkkürünü bildirən Mohammad Xanif Atmar qeyd etmişdir ki, Əfqanıstan bütün sahələrdə olduğu kimi, fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə də iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın inkişafında maraqlıdır.

Görüşdə əfqanıstanlı gənclərin Fövqəladə Hallar Nazirliyinin Akademiyasında təhsil alması və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm