Merkel Binəli Yıldırıma telefonda nə dedi?
Bizi izləyin

Dünya

Merkel Binəli Yıldırıma telefonda nə dedi?

Almaniya kansleri Angela Merkel Türkiyənin Baş naziri Binəli Yıldırıma zəng edib.

Publika.az xəbər verir ki, Angela Merkel Binəli Yıldırımı baş nazir olması münasibətilə təbrik edib.

Binəli Yıldırım isə təşəkkür etdikdən sonra cümə axşamı Almaniya parlamentində səsə qoyulacaq layihədən narahat olduqlarını dilə gətirib. Baş nazir Almaniya parlamentinin sağlam qərar qəbul edəcəyini ümid etdiyini deyib.

Qeyd edək ki, həmin layihə 1915-ci il hadisələrini erməni soyqırımı kimi təqdim edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm