Astroloji proqnoz - 31 may
Bizi izləyin

Qoroskop

Astroloji proqnoz - 31 may

Q - Səhər saatlarından etibarən, aktivliyinizi artırmalısınız. Yaxın dostlarınız çətinliklərin öhdəsindən gəlməyə kömək edəcəklər.

Buğa - Qarşılaşdığınız proseslər planlarınızı dəyişməyinizə səbəb olacaq. Uzaq səfərlərdən imtina edin.

Əkizlər - Nəzərdə tutduğunuz planların böyük əksəriyyətini həyata keçirməkdə çətinlik çəkəcəksiniz. Ailə-sevgi zəminində yeni mərhələyə qədəm qoyacaqsınız.

Xərçəng - Neytral mövqedə dayanmağınız məsləhət görülür. Hansısa ciddi və riskli işlərə imza atmayın.

Şir - Günü yüksək əhval-ruhiyyədə başa vuracağınız ehtimal olunur. Sevgi məsələlərində heç nəyi təxirə salmayın.

Qız - Maliyyə məsələlərində uğurlarınız mümkündür. Axşamı hər hansı məclisdə keçirməyiniz məsləhətdir.

Tərəzi - Şəxsi işlərinizdə əsaslı dönüş gözlənilir. Boş dayanmayın, hədəflərə çatmaq üçün aktiv olun.

Əqrəb - İşləriniz normal tərzdə cərəyan edəcək. Mənfi enerjini özünüzdən uzaqlaşdırın.

Oxatan - Bu gün yaxın ünsiyyətdə olduğunuz insanlarla münaqişə ola bilər. Səbirli olsanız, onlar problemlərinizin həllində böyük rol oynayacaqlar.

Oğlaq - Əksər sahələrdə irəliləyişə nail olacaqsınız. Həmkarlarınızla ünsiyyətdə səmimi olun.

Dolça - Oturaq həyat tərzindən uzaqlaşın. Günün dadını çıxarın.

Balıq - Uğurlu gündür. Mövcud sıxıntı və nigarançılığınızı aradan qaldırmaq üçün hər cür şansınız olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm