Əfqanıstanda 50-dən çox polis öldürülüb
Bizi izləyin

Dünya

Əfqanıstanda 50-dən çox polis öldürülüb

Son 2 gün ərzində Əfqanıstanın Helmand əyalətində gedən ağır döyüşlərdə onlarla polis ölüb.

Əyalət polisinin komandiri Esmatullah Davlatzai mayın 29-30-da 50-dən çox polisin həlak olduğunu bildirir. Bundan başqa 50-dən çox polisin yaralandığı xəbər verilir.

Xəsarət alanlardan çoxunun təhlükəsizlik xidmətinin əməkdaşları olduğu bildirilir.

Agentliklərin məlumatına görə talibançılar regiondakı bir neçə nəzarət-buraxılış məntəqəsinə hücum ediblər.

Regiona əlavə əsgər və aviasiya qüvvələri göndərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm