Dünya
Əsədə məxsus Hərbi Hava Qüvvələri 15 dinc sakini öldürüb
Suriya Hərbi Hava Qüvvələrinin Hələb şəhərinin müxaliflərin nəzarətində olan ərazilərini bombalaması zamanı 15 mülki sakin ölüb, 24 nəfər yaralanıb.
“Report”un məlumatına görə, bu haqda Hələbin Mülki Müdafiə İdarəsi məlumat yayıb. Məlumata görə, bombardmançı təyyarələr Saxur, Kəlləs və Firdevs rayonlarına güclü aviazərbələr endirib. Ölənlər arasında qadınlar və uşaqlar da var.
Bombardmanlar zamanı yaşayış məskənlərinə böyük zərər dəyib, bir sıra evlər tamamilə dağıdılıb. Mülki müdafiə komandaları dağıntılar arasında qalmış yaralıların xilasetmə əməliyyatına və meyitlərin daşınmasına başlayıb.
Qeyd edək ki, Bəşşar Əsədə məxsus hərbi birləşmələrin bombardmanları nəticəsində Hələbin infrastrukturu tamamilə dağıdılıb.
Müxaliflərin olduğu ərazilərdə elektrik enerjisi və su çatışmazlığı mövcuddur. Sakinlər su quyularında və elektrik generatorlarından istifadə edirlər.
-
Hadisə09:21
Məktəb binasında yanğın
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO
-
Magazin208:36
Kristofer Nolan cəngavər olacaq, xanımı isə... - FOTO
-
Ekologiya07:17
Bu günə olan hava PROQNOZU - 20 dərəcə isti
-
Magazin206:16
Leonardo Di Kaprio ilə sevgilisi arasında NƏ BAŞ VERİR?
-
Səhiyyə05:15
Ömrü uzadan pəhriz sınaqdan UĞURLA ÇIXDI
-
Avropa03:43
Meqan Markl Keyt Middltonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO