Canavarlar İsmayıllı sakininin üzünü parçaladı
Bizi izləyin

Hadisə

Canavarlar İsmayıllı sakininin üzünü parçaladı

İsmayıllı rayonunun Mücəftəran kəndi canavarların hücumuna məruz qalıb.

Canavarlar qoyun sürüsünə və yerli sakinlərə hücum çəkib. Hadisə zamanı bir neçə qoyun tələf olub.

Kənd sakinləri arasında xəsarət alanlar da var. Canavarların hücumu zamanı yerli sakinlərdən birinin hər iki qolu və üz nahiyəsini parçalanıb, çənəsi isə bir neçə yerdən sınıb.

Hazırda həmin şəxsin vəziyyətinin ağır olduğu bildirilir.

Sakinlər dəfələrlə kəndin ərazisində canavara rast gəldiklərini bildiriblər. (AzVision.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm