Kremlə XƏBƏRDARLIQ: “Almaniya bunu qəbul etməyəcək”
Bizi izləyin

Dünya

Kremlə XƏBƏRDARLIQ: “Almaniya bunu qəbul etməyəcək”

“Almaniya Ukraynanın Krım yarımadasının Rusiya tərəfindən zəbt edilməsinin qanuniliyini tanımır”.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer deyib.

Almaniyalı nazir qeyd edib ki, Berlin Ukraynanın şərqində vəziyyətin Moskva tərəfindən gərginləşdirilməsini qəbul etməyəcək.

“Beynəlxalq hüququ pozmaqla Krımın zəbt edilməsi və Şərqi Ukraynada vəziyyətin gərginləşdirilməsini qəbul etmək mümkün deyil. İndi olduğu kimi əvvəldən də aydın idi ki, zəbtin tanınması haqqında söhbət gedə bilməz. Həmçinin aydındır ki, Ukraynada münaqişənin hərbi həlli ola bilməz”, - Frank-Valter Ştaynmayer bildirib.

Almaniya diplomatiyasının başçısı Ukraynanın şərqindəki vəziyyəti fövqəladə gərgin olaraq qiymətləndirib. O, Minsk razılaşmalarının icrasında vəziyyəti qeyri-kafi adlandırıb.

“Təhlükəsizliklə bağlı vəziyyət bütovlükdə qeyri-kafi olaraq qalır. Siyasi prosesdə irəliləyiş qeyri-adekvatdır. Mən öz məyusluğumu gizlətmirəm”, - Ştaynmayer vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm